Advertisement

Azercell-in ESG strategiyasına dörd komponent daxildir – Şirin Əliyeva

Bakı. Trend:

Azercell-in ESG strategiyasına dörd komponent daxildir.

Trend xəbər
verir ki, bu barədə Azercell-in Hüquq, Etika və Komplayens
departamentinin direktoru Şirin Əliyeva Bakıda “Dayanıqlı inkişaf:
problemlər və həllər” mövzusunda keçirilən tədbirdə deyib.

“Birinci komponent Azercell-in Azərbaycanda aparıcı
telekommunikasiya operatoru kimi roluna diqqət yetirir. Bu
istiqamət çərçivəsində şirkət şəbəkənin genişləndirilməsini,
məlumatların mühafizəsini, etik biznes təcrübələrinin tətbiqini,
enerjinin idarə edilməsini və bərpa olunan enerji mənbələrinə
keçidi, həmçinin, iqlim dəyişikliyi şəraitində milli prioritetləri
nəzərə almağı planlaşdırır”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, ikinci komponent telekommunikasiya
infrastrukturunun inkişafına, xüsusən də texnoloji innovasiyaların
tətbiqinə həsr olunub ki, bu da şirkətin sahənin ön sıralarında
qalmasına imkan verəcək.

“Üçüncü komponent kommunikasiya vasitələrinə, eləcə də əhalinin
müxtəlif təbəqələrini dəstəkləməyə yönəlmiş sosial və ictimai
proqramlarına çıxış imkanını əhatə etməklə imkanların və
inklüzivliyin genişləndirilməsinə fokuslanıb. Dördüncü komponent
kadr potensialı, bərabərlik və inklüzivliyin inkişafı, iş yerində
təhlükəsizlik və sağlamlığın təmin edilməsi, eləcə də ixtisaslaşmış
mütəxəssislərin istedadların cəlb edilməsi və inkişafı ilə
əlaqəlidir”, – deyə o əlavə edib.

Xəbər yenilənəcək

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun