Advertisement

Bakı Fond Birjasında Kapital Bank-ın manat istiqrazları “Açılış zəngi” ilə bazara təqdim olundu

Bakı. Trend:

Ölkənin birinci bankı Kapital Bank kapital bazarında həm yerli,
həm də xarici valyutada yeni maliyyə alətlərinin buraxılışını
həyata keçirir. Daha öncə bank rəsmiləri 100 000 000 (yüz milyon)
manat həcmində istiqrazın bazara buraxılacağı haqqında məlumat
vermişdilər. 10 iyun 2024-cü il tarixində Bakı Fond Birjasında
təntənəli Açılış zəngi tədbiri ilə bankın 50 000 000 (əlli milyon)
manat həcmində istiqrazlarının yerləşdirilməsinə başlanıldı.

Tədbiri çıxış sözü ilə Bakı Fond Birjasının Baş kommersiya
inzibatçısı Oqtay Qasımov açaraq kapital bazarında əhalinin
investisiyalarının artırılmasının önəmini vurğulayıb. Kapital
Bank-ın Xəzinədarlıq departamentinin direktoru Fərid Əliyev isə
maliyyə bazarlarında investisiya alətlərinin çeşidlərinin
artırılmasının əhəmiyyətindən danışıb. “Azərbaycan maliyyə bazarı
yüksək inkişaf potensiallı bir mühitdir. Biz bu bazarın
liderlərindən biri olaraq ölkəmizdə kapital bazarının maliyyə
sistemində rolunu artırmaq və iqtisadi inkişafa töhfə vermək
istəyirik. Hədəfimiz bazar infrastrukturunun inkişaf etdirilməsi,
bazara olan etimadın gücləndirilməsi, bazara çıxış imkanlarının
genişləndirilməsidir. Buna görə də biz həm xarici, həm də yerli
valyutada yeni maliyyə alətlərini təqdim edirik”.

Daha sonra “PAŞA Kapital İnvestisiya Şirkəti”nin İdarə heyəti
sədrinin müavini Rauf Qurbanov çıxış edərək bildirdi ki,
“İnvestisiya imkanlarını dəyərləndirmək istəyən vətəndaşlarımız
sahəsinin iki lideri – ölkənin ən böyük filial şəbəkəsinə malik
olan bankı Kapital Bank və ən böyük bazar payına malik olan
investisiya şirkəti PAŞA Kapital tərəfindən təqdim olunan etibarlı,
rahat və sürətli xidmətdən faydalana biləcəklər. İstiqrazların
alışını həyata keçirən investorlar geri satmaq istədikləri təqdirdə
heç bir faiz itkisi olmadan həmin günə qədər hesablanmış bütün
faizləri əldə edə biləcəklər”.

Təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100
manat, illik faiz dərəcəsi 10%, ödəniş dövrü 30 gündən bir, tədavül
müddəti 1 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş
istiqrazların yerləşdirmə üzrə anderrayteri “PAŞA Kapital
İnvestisiya Şirkəti” QSC-dir.

Xatırladaq ki, daha öncə Kapital Bank-ın ümumi dəyəri 35 000 000
(otuz beş milyon) ABŞ dolları olan subordinasiya istirqazlarının
yerləşdirilməsi başa çatmışdır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi
ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.