
Bakı. Trend:
Bu sual hazırda hamını maraqlandırır.
Trend xəbər verir ki, bunu
İdman.biz-ə
“Qarabağ”ın hücumçusu Olavio Juninyo deyib.
27 yaşlı braziliyalı futbolçu adının müxtəlif klublarla
hallanmasına münasibət bildirib. Onun sözlərinə görə, belə
xəbərlərin yayılmasını normal qarşılayır.
Juninyo Avropa Liqasında “Bayer”lə görüşdə “Beşiktaş”ın idman
direktoru Samet Aybabanın onu bəyənməsi və İstanbul təmsilçisinə
transferinin gündəmdə olması xəbərinə də aydınlıq gətirib: “Bununla
bağlı geniş şərh vermək istəmirəm. Mənim “Qarabağ”la müqaviləm var.
Komandada və Azərbaycanda olmaqdan qürur duyuram. “Qarabağ”da
xoşbəxtəm”.
Qeyd edək ki, bu mövsüm Juninyo “Qarabağ”ın heyətində meydana
çıxdığı 43 matçda 23 qol və 7 asistlə yadda qalıb.





























