Bakı. Trend:
Azərbaycan cari ilin birinci rübündə Gürcüstan iqtisadiyyatına
13 milyon dollar həcmində sərmayə qoyub.
Trend xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika
Xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, bir sıra ölkələrin Gürcüstan
iqtisadiyyatına yatırdığı sərmayələrin həcmi azalsa da,
Azərbaycanın yatırdığı sərmayənin həcmi əvvəlki illə müqayisədə
artıb.



























