Bakı. Trend:
Xosep Qvardiola “Mançester Siti”ni tərk edə bilər.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis növbəti mövsümün
sonunda qərar verəcək.
O, hazırki vəziyyətdə getməyə daha yaxın olduğunu etiraf edib:
“Reallıq elədir, indi getməyə daha yaxınam, nəinki qalmağa.
Buradayam və gələn mövsüm gedişində klub rəhbərliyi ilə müzakirə
olacaq. Baxarıq”.
Qeyd edək ki, Qvardiola 2016-cı ildən “Mançester Siti”yə
rəhbərlik edir. O, 8 ildə komandaya 16 titul qazandırıb.





























