Advertisement

Macarıstanda ikinci sınaq – Trend.Az

Bakı. Trend:

Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Trend İdman.biz
istinadən xəbər verir ki, yığmamız Macarıstanda keçirilən
təlim-məşq toplanışında ikinci matçına çıxacaq.

Arif Əsədovun rəhbərlik etdiyi komanda Qazaxıstanla üz-üzə
gələcək. Dörd gün əvvəl Albaniyaya 1:3 hesabı ilə uduzan millimiz
bu dəfə uğurlu nəticə qazanmağa çalışacaq.

Qeyd edək ki, millimiz növbəti matçını sentyabrın 5-də İsveçə
qarşı keçirəcək. Millətlər Liqasının ilk turunun qarşılaşması
Bakıda baş tutacaq.

Yoldaşlıq oyunu
11 iyun
18:00. Azərbaycan – Qazaxıstan

Baş hakim: Bence Csonka (Macarıstan)
Sombatxey. “Haladas SportKomplexum”