Advertisement

Qabiliyyət imtahanlarının tarixləri müəyyənləşdi – Trend.Az

Bakı. Trend:

“Bədən tərbiyəsi və idman”, “Teatr, kino və xoreoqrafiya”,
“Təsviri sənət” və “Musiqi sənəti” istiqamətlərinə aid xüsusi
qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarına
iyunun 20-dən etibarən start veriləcək.

Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM)
məlumat yayıb.

Bildirilib ki, abituriyentlər aşağıdakı cədvəldə verilmiş
təqvimə uyğun imtahanda iştirak etmək üçün müvafiq olaraq hər
imtahandan 5 gün öncədən “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyatdan
keçdikləri səhifədən çap etməlidirlər.

Hazırda abituriyentlər Təsviri sənət istiqamətinin 14 (dizayn)
və 15-ci (dekorativ tətbiqi sənət) komissiyaları, Bədən tərbiyəsi
və idman istiqamətinin 62 (Ümumi fiziki hazırlıq, Kütləvi
sağlamlaşdırıcı idman, Adaptiv bədən tərbiyəsi) və 63-cü (Fiziki
tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi) komissiyaları üzrə
imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Qeyd edək ki, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb
edən ixtisasları üzrə 26622 nəfər, tam (11 illik) orta təhsil
bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə
3759, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili
müəssisələrinin ixtisaslar üzrə isə 4040 abituriyent qeydiyyatdan
keçib.

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.