Bakı. Trend:
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti
oyununu keçirəcək.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, yığmamız Bolqarıstanla yoldaşlıq
görüşündə qüvvəsini sınayacaq.
Samir Əliyevin yetirmələri rəqibini Bakıda qəbul edəcək.
Slovakiya ilə səfərdəki yoxlama matçında 2:3 hesabı ilə uduzan
komandamız doğma divarlar arasında azarkeşlərini sevindirməyə
çalışacaq.
Qeyd edək ki, yığmamız növbəti matçına sentyabrın 6-da çıxacaq.
Millimiz AVRO-2025-in seçmə mərhələsində Lüksemburqun qonağı
olacaq.
21 yaşadək futbolçular arasında yoldaşlıq oyunu
11 iyun
20:00. Azərbaycan – Bolqarıstan
Bakı. “Liv Bona Dea Arena”.





























