
Bakı. Trend:
Ölkənin aparıcı banklarından biri olan Bank Respublika və
Niderland İnkişaf Bankı (FMO) arasında növbəti iri həcmli kredit
sazişi imzalanıb.
Sazişə əsasən, beynəlxalq maliyyə qurumu Banka 4 il müddətinə 25
milyon ABŞ dolları məbləğində kredit ayıracaq və vəsait milli
valyutada təqdim ediləcək.
Cəlb edilən vəsait həm Bank, həm də ölkə iqtisadiyyatı üçün
prioritet sahə olan real sektora kredit dəstəyinin
gücləndirilməsinə, xüsusilə aqro, mikro, kiçik və orta
müəssisələrin, o cümlədən gənclərin və qadınların sahibkarlıq
fəaliyyətinin maliyyələşdirilməsinə imkan verəcək.
Bu sazişin imzalanması – beynəlxalq maliyyə institutlarının
Bankın peşəkarlığına, xidmət keyfiyyətinə, operativliyinə, eləcə də
uzunmüddətli sabitliyinə inamının növbəti göstəricisidir.
Bank Respublika – geniş regional
xidmət şəbəkəsinə malik ölkənin 5 ən böyük bankından biridir.
Beynəlxalq əməkdaşlığın inkişafı bankın fəaliyyətinin prioritet
istiqamətlərindən biridir. Bu gün bankın beynəlxalq tərəfdaşlarına
dünya üzrə 30-dan çox maliyyə institutu daxildir.
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram,
linkedin,
telegram
səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144
nömrəsinə zəng edərək əldə edə bilərsiniz.



























