Advertisement

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı artıb

Bakı. Trend:

Bu ilin mart ayının 1-nə Naxçıvan Muxtar Respublikasında aktiv
vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 9,2 % artaraq
16 935 olub.

Bu barədə Trend Muxtar
Respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə
istinadən xəbər verir.

Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 10,3 % çoxalaraq
472 təşkil edib.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin
əvvəli ilə müqayisədə 4 % artaraq 5 541-ə çatıb.