Advertisement

2024-cü ilin yeni rekordu – Trend.Az

Bakı. Trend:

Dünya reytinqində ən çox xal qazanan klublar açıqlanıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, mayda ən böyük qazanca “Atalanta” nail
olub.

İtaliya klubu bir ayda 80 reytinq xalı toplayıb. Bu, təkcə mayın
deyil, 2024-cü ilin rekordudur.

Berqamo təmsilçisinə qədər bir ayda ən çox xal toplayan
“Mançester Siti” idi. İngiltərə klubu apreldə 68 xal əldə edib.

1. “Atalanta” – 80
2. “Bayer” – 60
3. “Penyarol” – 56,75
4. “Olimpiakos” – 52,5
5-6. “San Paulu” – 52
“Borussiya” D – 52