Bakı. Trend:
Almaniya millisinin əfsanəvi hücumçusu Miroslav Kloze ölkəsinin
“Nürnberq” komandasının yeni baş məşqçisi təyin olunub.
Trend xəbər verir ki, bu barədə II Bundesliqa klubunun rəsmi
saytı məlumat yayıb. Onunla bağlanan müqaviləni detalları
açıqlanmayıb.
M.Kloze daha əvvəl “Bavariya”nın U-17 komandasına və Avstriyanın
“Altax” klubuna rəhbərlik edib.
Qeyd edək ki, Miroslav Kloze dünya çempionatlarında vurduğu qol
sayına (16) görə rekordçudur.





























