Bakı. Trend:
“Neftçi”nin futbolçusu Qara Qarayev mükafatlandırılıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu PFL-in mətbuat xidməti
açıqlayıb.
O, “Ayın qolu” layihəsi çərçivəsində may ayının qalibi olub.
“Neftçi”nin futbolçusuna mükafatlar PFL-də təqdim olunub. Ona
mükafatları qurumun prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz
Abbasov təqdim edib.





























