Bakı. Trend:
Tyaqo Motta “Yuventus”la müqavilə imzalayıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, tərəflər 2+1 illik razılıq əldə
ediblər.
Turin klubunun tezliklə rəsmi açıqlama verməsi gözlənilir. 41
yaşlı mütəxəssis ilə 3,5 milyon avro qazanacaq. O, bu vəzifədə
Massimiliano Alleqrini əvəzləyəcək.
Qeyd edək ki, Motta “Bolonya” ilə İtaliya A seriyasında
2023/2024 mövsümünü 4-cü pillədə başa vurub. Komanda 60 il ərzində
ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb.





























