Bakı. Trend:
Ukraynalı futbolçu Artyom Dovbik “Atletiko”da çıxış edəcək.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Madrid klubu 26
yaşlı futbolçu ilə müqvilə imzalayacaq.
Dovbikin çıxış etdiyi “Jirona” keçidə yaşıl işıq yandırıb. Onun
müqaviləsində 40 milyon avroya satış maddəsi yer alıb. Madrid klubu
bu məbləği ödəməklə transferi reallaşdıra bilər.
Qeyd edək ki, ukraynalı 2023/2024 mövsümündə 41 oyunda 25 qol və
10 ötürmə ilə yadda qalıb. Artyomun “Jirona” ilə 2028-ci ilin
yayına kimi müqaviləsi var.





























