Advertisement

Sosial sığorta haqları üzrə daxilolmalar artıb

Bakı. Trend:

2024-cü ilin yanvar-may ayları ərzində məcburi dövlət sosial
sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 186,9 mln.
manat və ya 8,9% artım qeydə alınıb.

Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondunun mətbuat
xidmətindən məlumat verilib.

Qeyd edilib ki, büdcə təşkilatları üzrə daxilolma ötən ilin
müvafiq dövrü ilə müqayisədə 24,3 mln. manat və ya 3,3%,
qeyri-büdcə təşkilatları üzrə isə 198,2 mln. manat və ya 14,8%
artımla olub.