Bakı. Trend:
“Qarabağ”ın mövsümlərarası fasilə dövründəki hazırlıq planı
müəyyənləşib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, klubdan verilən məlumata görə, Bakıda
başlayacaq məşqlərə iyunun 18-də start veriləcək.
Millilərin üzvü olan futbolçular komandanın hazırlığına ayın
23-də qoşulacaqlar.
Paytaxtdakı toplanış çərçivəsində iki yoxlama oyununun
keçirilməsi planlaşdırılır. Bu görüşlərin iyunun 29-da və iyulun
2-də təşkil olunması nəzərdə tutulub.
Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək.
Azərbaycan çempionu iyulun 5-dən 17-dək Tirol bölgəsində təlim-məşq
toplanışı keçirəcək. Hazırlıq çərçivəsində iki oyun günündə
ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Bu matçlardan ikisi
iyulun 9-da, ikisi 16-da baş tutacaq.





























