Bak. Trend:
Ağdam və Cəbrayılda iki sənaye parkı fəaliyyətə başlayıb.
Qarabağda, ümumiyyətlə, sənaye zonalarında mindən çox yeni iş
yerlərinin yaradılması nəzərdə tutulur. Naxçıvanda yeni sənaye
zonası yaradılmaq üzrədir.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat nazirinin
müşaviri Xəqani Abdullayev deyib.
Onun sözlərin görə, coğrafi meyarlar və digər amillər nəzərə
alınaraq sənaye zonaları yaradılır.
“Naxçıvanda yeni sənaye zonası yaradılmaq üzrədir. Hacıqabulda
isə sənaye məhəlləsi statusunu sənaye parkına çevirmək prosesi
gedir. Gəncədə də yeni sənaye zonasının yaradılmasına başlanılıb.
Maksimum çalışırıq ki, həmin iqtisadi səmərəlilik meyarları
əsasında bu və ya digər zonada bu sənaye parkı və məhəllələrinin
sayını artıra bilək”, – deyə o əlavə edib.



























