Advertisement

Orta Dəhlizi həyat qabiliyyətli marşruta çevirmək lazımdır – Qazaxıstan səfiri

Bakı. Trend:

Orta Dəhlizi özlüyündən mövcud olan həyat qabiliyyətli marşruta
çevirmək lazımdır.

Trend “Xəzər
Siyasət Mərkəzi”nə (Caspian Policy Center) istinadən xəbər verir
ki, bu barədə Qazaxıstanın Böyük Britaniyadakı səfiri Maqjan
İlyasov Londonda keçirilən Xəzər regionunda bağlantılar üzrə 2-ci
konfransda çıxışında deyib.

Səfirin sözlərinə görə, Qazaxıstanın prioritetlərindən biri Orta
Dəhlizin bütün potensialını kəşf etmək və onun alternativ və ikinci
dərəcəli marşrut qismində istifadə olunmayacağına zəmanət
verməkdir.

“Biz onu özlüyündən mövcud olan həyat qabiliyyətli marşruta
çevirməliyik”, – deyə o bildirib.

İlyasov Qazaxıstanın COP29-a dair prioritetlərindən danışıb.

“Qazaxıstan və Mərkəzi Asiya ölkələri üçün diqqətimizi
yönəldəcəyimiz məsələlərdən biri sudur”, – o deyə o əlavə edib.

Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə
dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz,
Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və
Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan,
Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə
birləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də, Avropa ölkələrinə və əks
istiqamətdə yük axınının artmasına səbəb olur.

Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta
hesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyat
dəhlizinin əsas üstünlüklərindən biridir.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun