Advertisement

Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 13 faiz artıb

Bakı. Trend:

2024-cü ilin yanvar-may aylarında Azərbaycanın informasiya və
rabitə sektoru üzrə gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə
müqayisədə 13 faiz artaraq 1,3 milyard manat olub.

Trend xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat
naziri Rəşad Nəbiyev bildirib.

Nazir qeyd edib ki, 2024-cü ilin yanvar-may aylarında
Azərbaycanın nəqliyyat üzrə gəlirləri 2023-cü ilin müvafiq dövrü
ilə müqayisədə 13,1 faiz artaraq 5,4 milyard manat olub.