Advertisement

Koutinyo sərbəst qalıb – Trend.Az

Bakı. Trend:

Felipe Koutinyo “Aston Villa” ilə razılıq əldə edib.

Trend İdman.biz
istinadən xəbər verir ki, tərəflər müqavilənin xitam verilməsinə
razılaşıblar.

Son mövsümü icarə əsasında Qətərin “Əl-Dühail” klubunda keçirən
brazliyalı futbolçu sərbəst qalıb. Koutinyo karyerasını Braziliyada
davam etdirə bilər. Onun “Vasko da Qama” ilə danışıqlar apardığı
açıqlanıb.

Qeyd edək ki, Feliper “Əl-Dühail”in heyətində keçirdiyi 21
oyunda 6 qol və 3 ötürmə ilə yadda qalıb.