Advertisement

“Şamaxı” klubunun yeni baş məşqçisi açıqlandı

Bakı. Trend:

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək
“Şamaxı” komandasının yeni baş məşqçisi açıqlanıb.

Klubdan Trend-ə verilən məlumata görə, bölgə təmsilçisi ötən
mövsümün sonunda “Turan Tovuz”dan ayrılan Ayxan Abbasova
tapşılırıb.

43 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ayxan Abbasov bu vəzifədə Ramiz Məmmədovu
əvəzləyib.