Bakı. Trend:
Dünya İqtisadi Forumu (DİF) Azərbaycanın rəqəmsal
iqtisadiyyatına investisiyalar və rəqəmsal mühitinə birbaşa xarici
investisiyalar çərçivəsində bir sıra prioritet tədbirləri
müəyyənləşdirib.
Trend xəbər
verir ki, bu barədə Dünya İqtisadi Forumunun nümayəndəsi Metyu
Stivenson bu gün Bakıda keçirilən “Rəqəmsal iqtisadiyyata
investisiyalarin cəlbi” layihəsi çərçivəsində rəqəmsal KOB və
startaplara “scale-up” və xarici investisiyaların cəlbi üçün təlim
proqramına videomüraciətində deyib.
“Şirkətlərin ehtiyaclarını anlamaq və rəqəmsal iqtisadiyyata
investisiyaların və rəqəmsal iqtisadiyyata birbaşa xarici
investisiyaların, eləcə də, rəqəmsal sahəyə birbaşa xarici
investisiyaların (BXİ) artımına imkan yaradan tədbirlərin
siyahısını müəyyən etmək üçün aktiv şəkildə çalışırıq.
Bakıda seminar keçirdik və bir sıra prioritet tədbirləri müəyyən
etdik. Bugünkü seminar fikir mübadiləsi aparmaq və müvafiq
tədbirlər görməklə bu prioritetlərin icrası, investisiya artımına
dəstək və mövcud problemlərin həllinə yönəlib. Bu gün rəqəmsal
hazırlığın artırılması üzərində birgə işləmək üçün unikal imkanımız
var”, – deyə o vurğulayıb.
Qeyd edək ki, “Azərbaycanın Rəqəmsal İqtisadiyyatına
İnvestisiya” layihəsi üç mərhələni nəzərdə tutur. Dördüncü Sənaye
İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Dünya
İqtisadi Forumunun (DİF) təşəbbüsü ilə həyata keçirilən layihənin
ikinci mərhələsi çərçivəsində BMT-nin Asiya və Sakit okean üzrə
İqtisadi və Sosial Komissiyası (UNESCAP) birbaşa xarici
investisiyaları müəyyən etmək və cəlb etmək və rəqəmsal xidmətlərin
ixracını artırmaq üçün rəqəmsal kiçik və orta biznes və
startapların potensialının artırılmasına dəstək verəcək.
(Tərcümə: Rəna Əbdürəhmanova)


























