Advertisement

Daha yaxşı təkliflər var idi – Fernandu Santuş

Bakı. Trend:

Portuqaliyalı mütəxəssis Fernandu Santuşun Azərbaycan millisinin
baş məşqçisi olmağa razılıq verməsinin səbəbi müəyyənləşib.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu 70 yaşlı çalışdırıcının özü
açıqlayıb.

O, bu gün keçirilən mətbuat konfransında daha cəlbedici
təkliflər aldığını gizlətməyib. Santuş AFFA-nın təklifinə üstünlük
verməsinin səbəbinə də aydınlıq gətirib:

“AFFA-nın təqdim etdiyi layihə uzun müddətli zaman üçün nəzərdə
tutulub. Birgə əl-ələ verib, uğura imza atacağıq. Klublarla
birlikdə işləmək bizim üçün önəmlidir. İnanıram ki, bu, hansısa
yarışların final mərhələsində reallaşacaq. Bir daha AFFA
rəhbərliyinə mənə güvəndiyi üçün təşəkkür edirəm. Daha yaxşı
təkliflər var idi, amma AFFA-ya inandığım üçün burdayam”.

Qeyd edək ki, Santuş AVRO-2028-in seçmə mərhələsinin sonuna
qədər yığmamıza rəhbərlik edəcək.