Advertisement

Fernandu Santuş Azərbaycan millisinə gəlməsinin səbəbini açıqlayıb

Bakı. Trend:

Ümumi proses haqqında danışmağa vaxtım olacaq.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinə
yeni baş məşqçi təyin olunan Fernandu Santuş deyib.

Təcrübəli portuqaliyalı mütəxəssis təqdimat mərasimində AFFA-ya
ona etimad göstərdiyi üçün təşəkkür edib:

“Onların gələcəklə bağlı fikirlərini bilmək mənim üçün maraqlı
oldu. Qərarımda bu kimi məsələlər önəmli idi. Təbii ki, bu
qarşılıqlı anlaşma gələcək layihələri həyata keçirmək baxımından
önəmli idi. Burdayamsa, AFFA rəhbərliyi məni seçib”.

Qeyd edək ki, Santuşun qarşısına AVRO-2028-in seçmə mərhələsində
uğurlu çıxış məqsədi qoyulub.