Advertisement

AccessBank daha bir regionda: Goranboyda yeni filialın açılışı ((FOTO)

Bakı. Trend:

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan
AccessBank ölkənin şimal-qərbində daha bir regional filialının
açılışını elan edir.

Yeni Goranboy filialı Ə.Mehdiyev küç ev 19 ünvanında
yerləşir.

Filial şəbəkəmizin genişləndirilməsi müştərilərə daha səmərəli
xidmət göstərmək və biznesin inkişafına dəstək olmaq məqsədi ilə
regionda fəaliyyətimizi gücləndirmək istəyimizi əks etdirir.

Yeni filial müştərilərə kreditlərin, o cümlədən mikro və aqro
kreditlərinin verilməsi, istehlak kreditləri, əmanətlərin
yerləşdirilməsi, plastik kartların verilməsi, pul köçürmələri,
valyuta mübadiləsi və s. xidmətlər təklif edir.

“Yeni regional filialın açılması müştərilərimizə daha yaxın
olmaq və onların maliyyə ehtiyaclarını daha yaxşı ödəmək
istəyimizdə mühüm addımdır. Əminik ki, Goranboy filialımızın
fəaliyyəti sahibkarlığa dəstək olmaq və şimal-qərb regionunda
maliyyə əlçatanlığını təmin etmək məqsədlərimizə çatmağa imkan
yaradacaq”, – AccessBank-ın İdarə Heyətinin üzvü, Mikro və Aqro
Müştərilərlə iş üzrə İcraçı Direktor Renat Hümbətov bildirib.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider
olaraq, 2002-ci ildən
kiçik
və orta bizneslərə
xidmət göstərir. Bankın səhmdarları
sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq
Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer
alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı
fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə
imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə
məlumat linkdə təqdim edilir:
http://bit.ly/accessbank-filiallar
.

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək
üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin
www.accessbank.az
saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə
(Facebook,
Instagram,
LinkedIn)
müraciət edə bilərsiniz.

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı
tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya
əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal
rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.