Advertisement

Zədə dünya çempionunu yığmadan kənarda qoyub

Bakı. Trend:

Lionel Messi Argentina yığmasının mart oyunlarında iştirak
etməyəcək.


Trend
İdman.biz-ə istinadən xəbər verir ki, dünya
çempionu zədə üzündən millinin heyətinə cəlb olunmayıb.

“İnter Mayami”də çıxış edən Lionel ABŞ Liqasının son turunda
meydanı vaxtından əvvəl tərk edib. Messinin sağ ayağı əzələsində
ağrılar olduğu bildirilib. Ulduz futbolçu Salvador (22 mart) və
Kosta-Rika (26 mart) ilə keçiriləcək yoldaşlıq oyunlarında iştirak
etməyəcək.

Qeyd edək ki, Messi “İnter Mayami”nin heyətində 2024 mövsümündə
5 oyunda 5 qol vurub, 2 ötürmə verib.