Advertisement

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC “Kapital Bank” ASC-nin 50 milyon manatlıq istiqraz emissiyasını uğurla həyata keçirdi

Bakı. Trend:

On ildən artıqdır ki, Bakı Fond Birjasının üzvü kimi
fəaliyyətini uğurla davam etdirən “PAŞA Kapital İnvestisiya
Şirkəti” QSC anderrayter kimi çıxış etdiyi daha bir emissiyanı
uğurla tamamlayıb.

“Kapital Bank” tərəfindən buraxılan, hər birinin nominal dəyəri
100 (yüz) AZN, ümumi məbləği isə 50 000 000 (əlli milyon) AZN
həcmində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların
yerləşdirilməsi 10 iyun 2024-cü il tarixində uğurla başa
çatmışdır.

“Bakı Fond Birjası” QSC-nin ticarət platformasında həyata
keçirilmiş yerləşdirmədə hərrac zamanı 16 hüquqi və 26 fiziki
olmaqla, 42 investor tərəfindən sifarişlər yerləşdirilmişdir.
Yerləşdirmədə bir istiqraz üzrə qiymət 100 (yüz) AZN təklif
edilməklə, 42 sifariş təqdim olunub. Sifarişlərin ümumi məbləği 96
091 685 (doxsan altı milyon doxsan bir min altı yüz səksən beş) AZN
təşkil etmişdir.

Qeyd edək ki, yerləşdirilən istiqrazların 22.9%-i fiziki
şəxslərin, 77.1%-i hüquqi şəxslərin payına düşüb.

Buraxılışın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti”
QSC
-dir. İstiqrazları abunə yazılışı dövründə əldə bilməyən
şəxslər təkrar bazardan əldə edə bilər. Əlavə olaraq bildirək ki,
Kapital Bank istiqrazları üzrə faiz (kupon) ödənişləri 10 iyun
2024-cü il tarixindən hesablanılmağa başlanılıb və investorlara
ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə hər 30
(otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş
günündən gec olmayaraq ödəniləcək.