
Bakı. Trend:
01 sentyabr tarixədək Xalq Sığortadan KASKO sığortası əldə edən
müştərilər Xalq Bankın 3 illik XalqKart
Petrol və ya XalqKart
Cashback kartını pulsuz əldə edəcək.
XalqKart Petrol kartı ilə müştərilər nağdsız ödənişlərdən 3%
bonus qazanıb, toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM
şəbəkəsində yanacağa dəyişə bilərlər. XalqKart Cashback kartı isə
nağdsız əməliyyatlardan 2% keşbek qazandıran ödəniş kartıdır.
Bununla yanaşı, 31 iyuladək səyahət sığortasını Xalq Sığortadan
alan hər kəs Xalq Bankdan 1 illik Visa
Platinum kartını hədiyyə olaraq qazanacaq.
Visa Platinum kartı dünyanın istənilən nöqtəsində premium
xidmətlərdən rahatlıqla yararlanma imkanı təqdim edir. Kartla səfər
zamanı 24/7 peşəkar Visa konsyerj servisi, LoungeKey proqramı
çərçivəsində müxtəlif hava limanlarının biznes zallarına ödənişsiz
keçid, hava limanlarında pulsuz sürətli keçid (Fast Track),
müxtəlif ölkələrə viza alınması dəstəyi və havalimanlarına pulsuz
transfer xidmətindən yararlanmaq mümkündür.
Qeyd edək ki, kampaniyaya ayrılmış kart sayı məhduddur.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın
filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi
internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif
sosial şəbəkə səhifələrindən əldə etmək olar.



























