Advertisement

SOCAR-ın “Azneft” İstehsalat Birliyi və “Sakuraz Green Energy” şirkəti arasında Saziş imzalanıb

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft”
İstehsalat Birliyi və “Sakuraz Green Energy” (“SGE”) şirkəti
arasında geniş çeşiddə akkumulyatorların yenilənməsi və onlara
xidmət göstərilməsi üzrə strateji əməkdaşlığı nəzərdə tutan Saziş
imzalanıb.

SOCAR-dan Trend-ə verilən
məlumata görə, batareyaların istifadə müddətinin uzadılması və
onlara texniki xidmətlərin göstərilməsi üzrə SGE ilə yeni
əməkdaşlıq Sazişi SOCAR və onun Azərbaycandakı müəssisələri üçün
dayanıqlı enerji həllərinə və xərclərə qənaətin təmin olunmasına
imkan yaradacaq.

Tərəflər akkumulyator həlləri üzrə bütün istiqamətlər, o
cümlədən tam akkumulyatorların sınaqdan keçirilməsi, logistikası,
müntəzəm texniki xidmət sahələrində əməkdaşlıq edəcəklər.