Advertisement

Naxçıvanda aktiv obyektlərin vergi daxilolmaları artıb

Bakı. Trend:

Bu ilin yanvar–may aylarında Naxçıvan Muxtar Respublikasında
aktiv obyektlərin vergi daxilolmaları 2,1 dəfə artıb.

Trend Muxtar Respublikanın
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən
xəbər verir ki, bu ilin ilk 5 ayında həmin obyektlərdən vergi
daxilolmaları ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfə və ya 2,3
milyon manat artaraq 4,5 milyon manata yaxın olub.

Bu il iyunun 1-nə Naxçıvanda əhali ilə nağd hesablaşmalar aparan
aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı ilin əvvəli ilə
müqayisədə 7,2 % artaraq 5 709-a çatıb.