Bakı. Trend:
“Real”ın kapitanı Naço Fernandes karyerasını Səudiyyə
Ərəbistanında davam etdirəcək.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, o, “Əl-İttihad”la 2 illik müqavilə
imzalayacaq.
34 yaşlı mütəxəssis yeni klubunda ilə 20 milyon avro qazanacaq.
Onun vaxtilə Madrid klubunda bir yerdə oynadığı Kərim Benzema ilə
yenidən yolları kəsişəcək.
Qeyd edək ki, “Real”ın yetirməsi olan Naço 2012-ci ildən
komandada çıxış edir. O, bu müddət ərzində 364 oyun keçirib.





























