Bakı. Trend:
Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası
Argentinaya 800 milyon dollar maliyyə vəsaiti ayrıldığını
açıqlayıb.
Trend-in
məlumatına görə, bu barədə BVF-nin saytında bildirilib.
Məlumata əsasən, bu qərar ölkənin genişləndirilmiş kreditlərin
verilməsi şərtlərinə uyğunluğunun səkkizinci baxışının nəticələrinə
əsasən verilib.
“Direktorlar Şurasının qərarı [Argentina] hakimiyyətinin
inflyasiya prosesini konsolidasiya etmək, büdcə və xarici
ehtiyatları bərpa etmək və iqtisadiyyatı bərpa etmək səylərini
dəstəkləmək üçün təxminən 800 milyon dollar ayırmağa imkan verir”.
– deyə bildirilib.
Direktorlar Şurası Argentinanı büdcə siyasəti göstəricilərini
yaxşılaşdırmağa və pul-kredit və valyuta siyasəti mexanizmləri
təkmilləşdirmək üçün addımlar atmağa, eləcə də həssas əhali
qruplarına dəstəyi artırmağa çağırdığını vurğuladı.



























