Advertisement

Əhalinin gəlirləri 5% artıb – Trend.Az

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal
gəlirləri 31 milyard 899,3 milyon manat təşkil edib.

Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi
məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 %
çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 4,8%
artaraq 3 130,6 manata çatıb.