Advertisement

“FINCA Azerbaijan” BOKT 2023-ci ili 3 milyon 908 min manat xalis mənfəət ilə başa vurub

Bakı. Trend:

“FINCA Azerbaijan” Bank Olmayan Kredit Təşkilatı 2023-ci ili 3
milyon 908 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2022-ci
ili isə 3 milyon 267 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə,“FINCA Azerbaijan”nın xalis mənfəəti 2023-ci ildə 2022-ci
illə müqayisədə 641 min manat və ya 19.6% artıb.

“FINCA Azerbaijan”nın faiz gəlirləri 2022-ci ildə 11 milyon 854
min manat ikən, 2023-ci ildə 17 milyon 713 min manata yüksəlib (5
milyon 859 min manat və ya 49,4% artıb)

2023-ci il ərzində “FINCA Azerbaijan” təşkilatı əksəriyyəti kənd
yerlərində yaşayan müştərilərə 77 milyon AZN məbləğində yeni
kreditlər təqdim edib və bununla da özünün kredit portfelini 27%-ə
kimi artırıb. “FINCA Azerbaijan” 2024-cü ildə öz əməliyyatlarının
səmərəliliyini artırmağına davam edəcəyini planlaşdırır.

“FINCA Azerbaijan” 2023-ci il ərzində müştərilərlə yaxından
işləyərək, onlara bizneslərini mövcud mikro və makro iqtisadi
şəraitə uyğunlaşdırmağa kömək etmişdir.

“Aztəminatlı insanlara və kiçik təsərrüfat sahiblərinə öz
gələcəklərinə sərmayə qoymağa kömək etmək üçün dürüst və səmərəli
maliyyə xidmətləri təklif edən qlobal şəbəkənin bir üzvü kimi
“FINCA Azerbaijan” təşkilatı hesabat dövrü ərzində artan bazar
ehtiyaclarını qarşılamaq üçün öz kredit təkliflərinin
müxtəlifliyini saxlayıb”,- təşkilatdan bildirilib.

“FINCA Azerbaijan” eyni zamanda yenilənmiş finca.az saytı ilə
müştəri müraciətlərini onlayn şəkildə qəbul etməyə davam edir.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” məsuliyyətli maliyyələşmə sahəsində aparıcı
mövqeyə malikdir və gəlirli biznes fəaliyyətlərini təşviq edən
kredit məhsulları ilə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara
xidmətlər göstərir. Əsası 1999-cu ildə qoyulmuş “FINCA Azerbaijan”
“FINCA Impact Finance” təşkilatına aid olan 15 bank və
mikromaliyyələşmə institutu ilə 5 qitədə 3.4 milyon müştəriyə çatan
qlobal şəbəkənin tərkibinə daxildir.

“FINCA Azerbaijan” fəaliyyəti haqqında ətraflı məlumat üçün
https://finca.az/ saytına və ya rəsmi
sosial media hesablarına müraciət edə bilərsiniz.