Advertisement

Azərbaycan çempionatının keçirilmə vaxtı dəyişdirilib

Bakı. Trend:

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının keçirilmə vaxtı
dəyişdirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə qərarı
Azərbaycan Voleybol Federasiyası verib.

Su İdman Sarayında təşkil olunacaq ölkə çempionatının iyunun
25-28-də keçirilməsi nəzərdə tutulmuşdu. Lakin yarışın iyulun
16-19-da baş tutması qərara alınıb.

Bu dəyişikliklərə Şərqi Avropa Zonal Assosiasiyasının yarışları,
həmşinin gələn ayın əvvəlində başlayacaq Avropa Voleybol
Konfederasiyasının yaş qrupları üzrə turnirlərinə hazırlıq səbəb
olub.

Buna görə də ölkə çempionatında iştirak edəcək komandaların
qeydiyyatı da uzadılacaq.