Advertisement

Sumqayıtda investisiya dəyəri 20 milyon manat olan müəssisənin tikintisi tamamlanmaq üzrədir – Agentlik

Bakı. Trend:

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan
Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Kartaş Kimya” MMC-nin
tikinti kimyəvilərin istehsalı müəssisəsində tikinti işləri
tamamlanmaq üzrədir.

Agentlikdən Trend-ə verilən məlumata görə, yaxın aylarda
müəssisədə avadanlıqların quraşdırılması işlərinə başlanılacaq. 250
nəfərin daimi işlə təmin ediləcəyi müəssisənin investisiya dəyəri
20 milyon manatdır, layihə üzrə indiyədək görülən işlərə artıq 15
milyon manat sərmayə qoyulub.
Zavodda tikinti kimyəvilərin istehsalı ilə yanaşı, ölkə ərazisində
ilk dəfə olaraq müasir, müxtəlif təyinatlı su izolyasiya
materialların və zəmin döşəmə məhsulların istehsalı da nəzərdə
tutulur.

“Kartaş Kimya” MMC-yə 2022-ci ilin iyulunda Sumqayıt Kimya
Sənaye Parkının rezidenti statusu verilib, müəssisənin bu ilin
sonunda fəaliyyətə başlaması planlaşdırılır.

Sənaye müəssisəsi idxalın əvəzlənməsində və ixrac potensialının
genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.