Advertisement

AFFA ömürlük cəzalandırılanlarla bağlı qərarı dəyişməyib

Bakı. Trend:

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu qurumun mətbuat xidməti
açıqlayıb.

Yığıncaqda “İrəvan”ın sabiq futbolçusu Fəhmin Muradbəylinin
şikayətinə baxılıb. Onun apelyasiya müraciəti təmin edilməyib.

O, danışılmış oyunlarda iştirakına görə ömürlük futbolla
əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum
edilməsindən şikayət edib. Tribunal bu qərarın dəyişdirilmədən
qüvvədə maşınaılmasına qərar verib.

Tribunal “Azərbaycan Qartalları” uşaq futbol klubunda məşqçi
işləyən Rüfət Həsənovun apelyasiya şikayətini də təmin etməyib.
Onun da eyni səbəbdən ömürlük futbolla əlaqədar hər hansı
fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi qərarı qüvvədə
saxlanılıb.