Advertisement

Accessbank QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı. Trend:

Accessbank QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac
keçirilib.

14 Iyun 2024-cü il tarixində Bakı Fond Birjasında AccessBank
QSC-nin tədavül müddəti 18 ay, nominal dəyəri 1,000 ABŞ dolları
olan AZ2006004280 dövlət qeydiyyat nömrəli, 2,500,000.00 ABŞ
dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı
istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 2 investor tərəfindən 1,000 ABŞ dolları
qiymətindən 2 sifariş təqdim edilmişdir. İstiqrazların kəsmə
qiyməti və orta ölçülmüş qiyməti 1,000 ABŞ dollar müəyyən
edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 6.00%, faiz ödəniş dövrü
isə hər 3 (üç) təqvim ayından bir təşkil edir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2,500,000.00 ABŞ
dolları təşkil etmişdir. İstiqrazların nominal qiymətlə
yerləşdirilmiş həcmi isə 2,500,000.00 ABŞ dolları təşkil
etmişdir.

İstiqrazların ödəmə tarixi 14.12.2025-cü ildir.

Yerləşdirmə üzrə anderrayter Unicapital İnvestisiya Şirkəti
ASC-dir.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider
olaraq, 2002-ci ildən
kiçik
və orta bizneslərə
xidmət göstərir. Bankın səhmdarları
sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq
Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer
alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı
fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə
imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə
məlumat linkdə təqdim edilir:
http://bit.ly/accessbank-filiallar
.

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək
üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin
www.accessbank.az
saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə
(Facebook,
Instagram,
LinkedIn)
müraciət edə bilərsiniz.

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı
tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya
əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal
rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.