Advertisement

AVRO-2024: Milli komandada SƏRT QADAĞALAR

Bakı. Trend:

AVRO-2024-ün gedişi zamanı İtaliya millisində sərt qaydalar
tətbiq olunacaq.

Trend İdman.biz
istinadən xəbər verir ki, bu barədə qərarı baş məşqçi Luçano
Spalletti verib.

Futbolçuların mobil telefondan istifadəsi sərt şəkildə
məhdudlaşdırılıb. Milli üzvləri yalnız nahar və şam yeməyindən
əvvəl telefondan istifadə edə bilər. Masaj vaxtı və toplantıların
gedişində mobil vasitələrdən istifadə tam qadağandır. Komanda
üzvlərinə qulaqcıqlardan yararlanmaq qadağası da tətbiq olunur.

Futbolçulara “Sony PlayStation” oynamasına icazə verilsə də,
məhdudiyyətlər qoyulub. Yalnız oyun otağında və gecəyarıdan gec
olmamaqla belə əylənmək mümkündür. Zarafatlar və gülmək həddini
aşmamalı, komandanın konsentrasiyasını pozmamalıdır.

Qeyd edək ki, Almaniyada keçirilən AVRO-2024-ə bu gün start
veriləcək və yarış iyulun 14-dək davam edəcək.