Advertisement

Musa Qurbanlının “Qarabağ”a qayıdışı rəsmiləşib

Bakı. Trend:

“Qarabağ” yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, Azərbaycan çempionu Musa Qurbanlını
heyətinə cəlb edib.

22 yaşlı forvardla üç illik müqavilə imzalanıb. İsveçin
“Yurqorden” klubundan transfer olunan futbolçu 2027-ci ilin yayına
qədər “Qarabağ”da çıxış edəcək.

Qurbanlı peşəkar karyerasına “Qarabağ”da başlayıb. O, 2019-cu ildən
komandanın formasını geyinib. Forvard 2020/2021 mövsümünün ikinci
hissəsini icarə əsasında “Zirə”də çıxış edib. 2021-ci ilin
iyunundan Ağdam klubunun uğurları üçün çalışan gənc hücumçu 2023-cü
ilin yayında “Qarabağ”dan İsveç klubuna transfer edilib.

Qeyd edək ki, Musa Azərbaycan milli komandasında 14 oyunda 3 qol
vurub.