Advertisement

Azərbaycan karateçisi beynəlxalq multiidman turnirində qızıl medal qazanıb

Bakı. Trend:

Azərbaycan karateçisi Mədinə Sadıqova Kazan şəhərində keçirilən
“BRICS Sports Games Kazan 2024” beynəlxalq multiidman turnirində
qızıl medal qazanıb.

Trend İdman.biz-ə
istinadən xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən
idmançı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək
pilləsinə qalxıb.

Bununla da Azərbaycan idmançıları günü 1 qızıl, 2 bürünc
mükafatla başa vurublar.

Daha əvvəl samboçu Rəsul Aydəmirov (98 kiloqram) və avarçəkən
Bəhmən Nəsiri üçüncü yeri tutublar.

Qeyd edək ki, multiidman yarışları iyunun 24-dək davam edəcək.
Oyunlarda Azərbaycan 11 idman növündə 97 idmançı ilə təmsil
olunur.