Bakı. Trend:
Bu gün AVRO-2024-ə start verilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Almaniyada keçirilən
17-ci Avropa çempionatının ilk günündə meydan sahibi Almaniya
Şotlandiya yığması ilə görüşüb.
Münhendə təşkil olunan qarşılaşma meydan sahiblərinin
böyükhesablı qələbəsi ilə yekunlaşıb. Almanlar rəqib qapısından 5
top keçirib. 10 nəfərlə qalan Şotlandiya son dəqiqələrdə buraxılan
qollardan birinin əvəzini çıxıb.
Qeyd edək ki, qrupun digər oyunu iyunun 15-də keçiriləcək.
Macarıstan – İsveçrə matçı Kölndə baş tutacaq.
Qollar: Florian Virts, 10. Jamal Musiala, 19.
Kai Havertz, 45+1 (pen.). Niklas Fullkruq, 68. Emre Can, 90+3 –
Antonio Rudiger, 87 (öz qapısına).
Baş hakim: Klemen Turpin (Fransa).





























