Advertisement

Bu gün daha üç oyun baş tutacaq – Avro-2024

Bakı. Trend:

Bu gün Avropa çempionatında daha üç matç keçiriləcək.

Trend xəbər verir ki, qarşılaşmalar A və B qruplarında
olacaq.

A qrupunda Macarıstan və İsveçrə komandaları üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Günün digər iki görüşü isə B qrupunda baş tutacaq. İspaniya –
Xorvatiya və İtaliya – Albaniya matçları oynanılacaq. Görüşlər
müvafiq olaraq Bakı vaxtı ilə saat 20:00 və 23:00-da
başlayacaq.

Qeyd edək ki, turnirin açılış oyununda ötən gün Almaniya
Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib.