Bakı. Trend:
Avrokuboklarda gözüm həmişə “Qarabağ”ı axtarır.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq baş
məşqçisi Berti Foqts deyib.
Təcrübəli almaniyalı mütəxəssis ölkəmizdə işlədiyi illəri
xatırlayıb. O bildirib ki, ölkəmizdə həmişə xoş münasibət görüb:
“Azərbaycanda işlədiyim vaxtlar çox yaxşı illər idi. İnsanlarınızı
çox bəyənirəm. Mən orda Almaniyadan olan baş məşqçi kimi yox, elə
Azərbaycandan olan baş məşqçi kimi çalışırdım. Azərbaycanlıların
mənə olan münasibəti çox gözəl idi. Jurnalistlərin də
həmçinin”.
Qeyd edək ki, Foqts yığmamıza 2008-2014-cü illərdə rəhbərlik
edib.





























