Advertisement

Rabitəbank Qurban bayramı ərəfəsində şəhid və qazi ailələrinə dəstək oldu (FOTO)

Bakı. Trend:

“Rabitəbank” ASC korporativ sosial məsuliyyət strategiyası
çərçivəsində Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı
uğrunda getmiş döyüşlərdə şəhid olmuş şəxslərin və qazilərin
ailələrinə dəstəyini davam etdirir. Belə ki, Qurban bayramı ilə
əlaqədar olaraq Kürdəmir, Şamaxı və Ağsu rayonlarında yaşayan 100-ə
yaxın şəhid və qazi ailəsinə ərzaq məhsullarından ibarət bayram
sovqatı təqdim olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin və rayon icra hakimiyyətlərinin dəstəyi ilə baş tutmuş
yardım kampaniyasında Nazirliyin tabeliyindəki Sosial Xidmətlər
Agentliyinin regional filiallarının və icra nümayəndələri, eləcə də
bankın əməkdaşları iştirak ediblər, şəhid və qazi ailələri ilə
görüşərək söhbət ediblər.

Qeyd edək ki, Rabitəbank korporativ sosial layihələr
çərçivəsində bir çox xeyriyyə tədbirləri həyata keçirib. Bank öz
ənənəsinə sadiq qalaraq, bundan sonra da bu cür təşəbbüskar
addımlar atmağa davam edəcək.

“Rabitəbank” ASC 16 region və Bakı şəhəri də daxil olmaqla
ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi,
İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli
Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.