Advertisement

Şəhid övladı kimi himnimizi Ermənistanda səsləndirəcəyimə əminəm – Mədinə Sadıqova

Bakı. Trend:

Azərbaycan millisinin karateçisi Mədinə Sadıqovanın (55 kq)
İdman.biz
müsahibəsi

– Yığmamıza “BRICS Sports Games Kazan 2024″də ilk qızıl
medalı siz qazandırdınız. Təəssüratlarınız necədir?

– Həmişə istəmişəm ki, Azərbaycana qızıl medal gətirəm. Bu
yarışdan əvvəl Avropa Oyunlarında da iştirak etmişdim. Qızıl medal
qazanmaq arzum idi. Amma qismət olmamışdı. Çox sevinirəm ki, bu
yarışda ilk qızıl medalı mən qazandım.

– Yarışı necə dəyərləndirərdiniz?

– Yarış çox çətin keçdi. Çünki burada dünya çempionu və üçüncüsü
iştirak edirdi. Döyüşlərimi qələbə ilə başa vurduğuma
sevinirəm.

– Bəs hansı görüşünüzü fərqləndirərdiniz?

– Mənə görə ən çətini çinli Ju-Yinq Hou ilə final görüşüm oldu.
Həyəcandan qorxurdum. Amma belə olmadı. Döyüşdə özümü rahat hiss
etdim və inamlı qələbə qazandım.

– Növbəti hədəfləriniz nədir?

– Şəhid övladı olaraq çalışağam ki, Azərbaycan bayrağını daim
yüksəklərdə dalğalandırım. Gələn il Ermənistanda Avropa çempionatı
keçiriləcək. Düşmən ölkədə himni səsləndirmək çox gözəl və şərəfli
hissdir. Ermənistanda bunu səsləndirəcəyimə əminəm. İnanıram ki, bu
mənə qismət olacaq.