
Bakı. Trend:
“Zirə” komandası yeni futbolçu ilə anlaşıb.
Klubdan Trend-ə verilən məlumata görə, “qartallar” “Kəpəz”dən
Junior Martinsi transfer edib. Braziliyalı hücumçu ilə 3 illik
müqavilə imzalanıb.
Qeyd edək ki, 24 yaşlı futbolçu karyerası ərzində ölkəsini ABC,
“Palmeyra”, “Maranao”, “Moto-Klub MA” və Litvanın “Babrunqas”
klublarında çıxış edib.





























