Advertisement

Azərbaycan cüdoçuları Avropa Kubokunda 5 medal qazanıb

Bakı. Trend:

Sloveniyanın Podçetrtek şəhərində keçirilən cüdo üzrə böyüklər
arasında Avropa Kuboku turnirində Azərbaycan idmançıları 2 qızıl, 1
gümüş və 2 bürünc medal əldə edib.

Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə,
turnirin ilk günün kişilər arasında 3 fərqli çəki dərəcələrində 9
cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

Rövşən Əliyev (60 kq), Rəşad Yelkiyev (66 kq) bürünc, Kamran
Süleymanov (73 kq ) gümüş, Nazir Talıbov (66 kq) və Nəriman
Mirzəyev isə (73 kq) qızıl medal qazanıb.

İbrahim Əliyev 5-ci, Rüfət Şölətov isə 7-ci yerlə
kifayətlənib.