Advertisement

Messi Amerika kubokuna gedir – HEYƏT

Bakı. Trend:

Argentina millisinin Amerika kuboku üçün heyəti açıqlanıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, baş məşqçi Lionel Skaloni yarışda
güvənəcəyi 24 futbolçunu müəyyənləşdirib.

Lionel Messi və Anxel Di Maria da “albiselesta”nın heyətində yer
alıblar.

Qapıçılar: Franko Armani (“River Pleyt”),
Valter Benitez (PSV, Niderland), Emilyano Martinez (“Aston Villa”,
İngiltərə);

Müdafiəçilər: Nehuen Perez (“Udineze”,
İtaliya), Nikolas Taqliafiko (“Lion”, Fransa), Nauel Molina
(“Atletiko”, İspaniya), German Pezelya (“Betis”, İspaniya),
Kristian Romero (“Tottenhem”, İngiltərə), Nikolas Otamendi
(“Benfika”, Portuqaliya), Nikolas Valentini (“Boka Xunyors”),
Valentin Barko (“Brayton”, İngiltərə);

Yarımmüdafiəçilər: Leandro Paredes (“Roma”,
İtaliya), Rodriqo De Paul (“Atletiko”, İspaniya), Enzo Fernandez
(“Çelsi”, İngiltərə), Fakundo Buonanotte (“Brayton”, İngiltərə),
Covani Lo Selso (“Tottenhem”, İngiltərə), Quido Rodriges (“Betis”,
İspaniya), Aleks Mak Alister (“Liverpul”, İngiltərə), Valentin
Karboni (“Monza”, İtaliya)

Hücumçular: Xulian Alvarez (“Mançester Siti”,
İngiltərə), Anxel Di Mariya (“Benfika”, Portuqaliya), Nikolas
Qonzales (“Fiorentina”, İtaliya), Alexandro Qarnaço (“Mançester
Yunayted”, İngiltərə), Lautaro Martinez (“İnter”, İtaliya).

Qeyd edək ki, Amerika kuboku iyunun 20-dən iyulun 14-ə kimi
ABŞ-da keçiriləcək.